Polşanın paytaxtı Varşava şəhərində IX “FilmAT Film, Art & Tourism” festivalı keçirilib.
Oxu.Az AzərTAc-a istinadla bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, turizm şöbəsinin sektor müdiri Vüqar Şıxəmmədov və “Azanfilm” studiyasının direktoru Fariz Əhmədovdan ibarət Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi festivalda üç filmimiz mükafata layiq görülüb.
“Welcome to Azerbaijan” filmi ölkələri təmsil edən çarxlar kateqoriyasında ikinci, “Naftalan” filmi ən yaxşı reklam çarxı nominasiyasında birinci, “Azərbaycan - Odlar Yurdu” filmi isə təbiət mənzərələrini tərənnüm edən ən yaxşı film kateqoriyasında birinci mükafatı qazanıblar.
Bundan əlavə, Bakı Beynəlxalq turizm filmləri festivalının icraçı direktoru, “FilmAT Film, Art & Tourizm” festivalının münsiflər heyətinin üzvü Fariz Əhmədov xüsusi diplomla təltif olunub.