Oxu.Az İnformasiya Agentliyinin “KinoSınaq” layihəsi bu dəfə fərqli insanlarla görüşünüzə gəlib.
O, Azərbaycan adı uğrunda mübarizə aparıb. Ölkəmizi layiqincə təmsil edərək, üçrəngli bayrağımızı zirvələrdə dalğalandırıb.
14 yaşından idmanı seçib. Əvvəl boksla məşğul olub. Boks idman növü üzrə iki dəfə Azərbaycan çempionu adına layiq görülüb. Bu nailiyyətlərindən sonra o, qaydasız döyüşlə məşğul olmağa başlayıb. 2009-2010-cu illərdə qaydasız döyüş üzrə iki dəfə dünya çempionu olub.
O, hətta ölkənin ən reytinqli seriallarında da rol alıb. “Bacanaqlar”, “Bozbash Pictures”, “Aramızda qalsın”da cangüdən obrazlarını yaradıb.
Söhbət Azərbaycanın fəxri Elməddin Rəhimovdan gedir.
İki bir-birinə bənzəyən insan gördükdə, sanki bir almanın iki yarısıdır deyirlər. O da fiziki görünüşü ilə bizə Amerikanın məşhur idmançısı Bob Sapp-ı xatırlatdı. Odur ki, hər iki tanınmış idmançının fotolarını təqdim edirik.
Layihənin müəllifi: Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev