Oxu.Az əməkdar artist Suğra Bağırzadənin Milli.Az-a müsahibəsini ixtisarla təqdim edir:
- Gəncliyinizdə güzgüyə baxanda nə düşünürdünüz?
- Özlüyümdə bilirdim ki, gözəl qadınam. Amma bu gözəlliyimdən heç vaxt sui-istifadə etməmişəm.
- Gəncliyinizdə nəyi itirdiniz?
- Vaxt. Kaş ki, o vaxt atamın sözünə qulaq asmazdım, sənətə vaxtında gələrdim.
- Öz həyat yoldaşı ilə indiyə qədər birlikdə olan azsaylı incəsənət nümayəndələrindən birisiniz. Aranızda nə qədər yaş fərqi var? Artıq neçə ildir ki, bir yerdəsiniz?
- Qırx ildən çoxdur ki, ömür-gün yoldaşıyıq. Aramızda elə də yaş fərqi yoxdur. O məndən altı ay kiçikdir.