Hazırda Türkiyədə yaşayan aparıcı Nanə Ağamalıyevadan xəbər var.
Oxu.Az-ın məlumatına görə, Nanə onun gözəlliyini şübhə altına alanlara cavab olaraq İnstagramda özünün uşaqlıq fotolarını paylaşıb.
“Allah sizə insaf versin, üzünə botoks, dolğu vurdurub deyənlər, axı mən uşaqlıqdan alyanaqlı, irigözlü olmuşam. Nə bilim, paxıllıq olmasa, özümüz qədər gözəl millət yoxdur. “Necə edirsən, saçların belə gözəl olur?” deyə soruşanlara cavab verim. Buna görə, anama – canıma təşəkkür edirəm. Uşaqlıqda saçımı tez-tez kəsərdi, ağlayardım. Ancaq anam deyərdi ki, böyüyəndə saçın qalın olacaq. Yada düşdükcə kövrəlirəm. Allah hamının anasını qorusun, mənim anamla birlikdə”.