Bu gün saat 11:00-dan Nobel prospektində (Zığ şosesi istiqamətində) yolun iki zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, yolun bağlanması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə həyata keçirilir.
Bununla əlaqədar qurum sürücülərə alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etmələrini tövsiyə edir.