Bakı Bələdiyyə Teatrının aktyoru İlqar Musayev Rusiyada serialda baş rolda çəkilib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, aktyor “Yasmin” adlı serialda baş rolu oynayıb.
“Serialda Mehmet rolunu canlandırdım. 6 aydan çox yaşadım. Həmin serial həm rus, həm də türk dillərində müxtəlif xarici kanallarda nümayiş etdirilib. Rusiyanın ORT kanalında yayımlanıb”, - deyə İlqar Musayev bildirib.
Aktyor serialın çəkilişlərindən sonra Moskva ətrafı Vnukovada dincəlib. Aktyor istirahət etdiyi zaman maraqlı fotolar çəkdirib.
Həmin fotoları təqdim edirik: