Aprelin 15-də Türkiyədə azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevin də rol aldığı “Kızkaçıran” komediya filminin premyerası keçiriləcək.
Oxu.Az xəbər verir ki, ekran əsərində Könül Nağıyeva ərini izləyən qısqanc qadın obrazında, Kamran Ağabalayev isə toya qədər qaçırılan Gül adlı qızla evlənməyə hazırlaşan kişi rolundadır.
Komediya filmində eyni zamnada Emir Benderlioğlu, Çeren Benderlioğlu, Yüksel Unal, Aydan Burhan çəkiliblər.
Filmin rejissoru və ssenari müəllifi Korhan Uğurdur.
Qeyd edək ki, Könül Nağıyeva və Kamran Ağabalayev rejissor Korhan Uğurun bundan öncəki “Terkedilmiş” filmində də rol alıblar.