Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Mongelli əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülməsi barədə sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, sərəncamda deyilir:
“Zeynalabdin İsgəndərov İtaliya və Azərbaycan incəsənət və mədəniyyətinə verdiyi töhfələrə görə Roma Rəssamlıq Akademiyasının fəxri professor adına layiq görülsun”.
Zeynalabdin İsgəndərov ona göstərilən diqqətə görə cənab Mongelliyə təşşəkürünü bildirib.