Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verilib.
Festivalın açılışından əvvəl Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bu musiqi bayramının əhəmiyyətindən söz açıb.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Festivalın açılışı Braziliyadan olan “Qabriel Qrossi” triosunun çıxışı ilə baş tutub.
Festival çərçivəsində, həmçinin incəsənət və fotosərgilər, ustad dərsləri, Vaqif Mustafazadəyə həsr olunmuş “Mənim tanıdığım Vaqif” filminin nümayişi, “Uşaq caz günü” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Festival oktyabrın 30-dək davam edəcək.
A.S.
www.oxu.az