Oktyabrın 23-dən noyabrın 2-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Beynəlxalq Caz Festivalı keçiriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, festivalda dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər iştirak edəcək.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Kristof Çex və başqalarının çıxışları gözlənilir.
Festival günlərində azərbaycanlı ifaçılar - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və başqa caz musiqiçiləri solo proqramlarla çıxış edəcəklər.