Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Bayati-şiraz"ı oxuyan özbəkistanlı müğənni DANIŞDI: "Gözəl olduğu qədər çətin əsərdir"
Özbəkistandakı yarışmada "Bayatı-şiraz" ifa edən özbək müğənni Dilnoza Əkbərova "Xəzər Xəbər"ə danışıb.
Azərbaycan muğamının şah əsərlərindən olan "Bayatı-şiraz"ı ifa edərək böyük alqışlar alan Dilnoza Əkbərova bildirib ki, "Bayatı-şiraz" gözəl olduğu qədər ifası da çətin olan əsərdir.
"O səs Özbəkistan" yarışmasında jurilər arasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Xalq artisti "Yalla" qrupunun rəhbəri Fərrux Zakirov və digər sənətçilər olublar.
Özbək ifaçının sözlərinə görə, əvvəllər "Bayatı-şiraz"ı azərbaycanlı müğənnilərin ifalarında dinləyib və bəyənib.
Dilnoza Əkbərovanın ifası qısa vaxt ərzində sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənib.
Ətraflı süjetdə:
Rəylər