Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bəhram Bağırzadə bu gün xəstəxanadan evə buraxılır
Bəhram Bağırzadə bu gün xəstəxanadan evə buraxılır.
Bunu Azərbaycanın Əməkdar artistinin özü Media.Az-a bildirib.
Xatırladaq ki, B.Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunub. Yeni kompüter tomoqrafiyası onda xəstəliyin əvvəlki mərhələyə nisbətən ciddi geri gedişini müəyyənləşdirib.
Əməkdar artistin ağciyər toxumasının 90 faizindən çoxunun zədələndiyi ortaya çıxmışdı. Ağciyərlərin süni ventilyasiyası (ASV) cihazına qoşulma ilə intensiv müalicəyə baxmayaraq, saturasiyanın artmasına (qanın oksigenlə doyması) nail olunmamışdı.
Gün ərzində saturasiya nisbəti 50 faizdə qaldığı üçün konsilium keçirildi və pasiyentin ekstrakorporal membran oksigenləşdirmə (ECMO) cihazına qoşulması qərarı verildi.
ECMO - xəstənin həyatı və orqanizminin fəaliyyətinə müvəqqəti dəstək vermək üçün süni ürək və ağciyərdən istifadə ilə xüsusi müalicə üsuludur.
Mərkəzi Gömrük Hospitalında ECMO cihazına qoşulduqdan sonra Əməkdar artistin vəziyyəti nisbətən sabitləşib, saturasiya 95 faizə yüksəlmişdi.
İyunun 30-da B.Bağırzadə ECMO aparatından, sonra isə ASV cihazından ayrılıb.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarəti altında olub.
Rəylər