Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor, rejissor və aparıcı, “Bakılı oğlanlar” KVN komandasının üzvü Bəhram Bağırzadə ukraynalı həmkarlarına müraciət edib.
“Sergey Sivoxo və Mixail Aqranat - kapitan (Donetsk), Sergey Ostaşko, Dmitri Şpenarev, Svetlana Fabrikant, Aleksandr Teplitski (Odessa), Yevgeni Gendir, Qriqori Gelfer, Yevgeni Çepurnyak (Dnepr), Andrey Çivurin (Xarkov). Sizinlə bir səhnədə oynadıq, dostlaşdıq və bir-birimizin qələbələrinə sevindik. Bu gün ölkənizdə müharibə gedir. Biz Azərbaycanda bunun nə olduğunu bilirik, bu itkini, tələfatı və bir milyon qaçqınla bu yolu keçmişik. Əgər mənim köməyimə ehtiyacınız varsa, bilin ki, Bakıda sizin dostunuz, qardaşınız var! Mənim evim sizin evinizdir və o sizi hər an qəbul etməyə hazırdır!”, - deyə Bağırzadə “Facebook”da yazıb.