Bu gün Heydər Əliyev Mərkəzində ölkəmizdə ilk dəfə Azərbaycanın və Gürcüstanın 2017-ci ildə birgə ev sahibliyi edəcəyi voleybol üzrə Avropa çempionatının final mərhələsi ilə bağlı püşkatma mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, açılış mərasimində Xalq artisti Brilyant Dadaşova Azərbaycan Voleybol Federasiyasının yeni himnini təqdim edəcək. Himnin sözləri Baba Vəziroğlu, musiqisi Məryəm Əlibəylinindir.
Qeyd edək ki, bu il oktyabrın 12-də Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov seçilib.
Aytən Sadıqzadə
www.oxu.az