Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsində Rusiyanı təmsil etmiş “Buranovskiye babuşki” qrupu haqqında sənədli film çəkilir.
Oxu.Az AzərTac-a istinadla xəbər verir ki, “Qızlar” (“Devoçki”) adlı filmdə qrupun üzvləri 2012-ci ildə Bakıda keçirilmiş mahnı müsabiqəsinə hazırlığın gedişi və “Baku Crystal hall”da çıxışlarından bəhs edəcəklər.
Udmurtiya mətbuatının yazdığına görə, film qrupu Bakı səfərində müşayiət etmiş məşhur fotoqraf Vladimir Şirokov və Natalya Kiselyova tərəfindən çəkilir.