Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Çəkiliş meydançasında ölümlə əlaqədar Bolduin telefonunu istintaqa verib – FOTO
Amerikalı aktyor Alek Bolduin operator Qalina Hatçinsin “Pas” (“Rust”) filminin çəkiliş meydançasında ölümü ilə bağlı araşdırma çərçivəsində telefonunu səlahiyyətlilərə təhvil verib.
Bu barədə Bolduinin vəkili Aaron Dayer xəbər verib.
Onun sözlərinə görə, aktyor telefonunu səlahiyyətlilərə könüllü olaraq verib.
“O, bunu ona görə edib ki, Hatçinsin ölümü ilə bağlı istintaq tamamlansın. Ancaq söhbət onun telefonu ilə bağlı deyil, orada cavablar yoxdur. Alek günahkar deyil”, - deyə vəkil vurğulayıb.
Dayer bu işdə cavablandırılması lazım olan əsas məsələnin həmçinin əsl güllələrin çəkiliş meydançasına necə düşdüyünü öyrənilməsi olduğunu qeyd edib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 21-də Bolduin “Pas” filminin çəkiliş meydançasında epizodu məşq edərkən həqiqi güllə ilə dolu tapançadan atəş açıb. Nəticədə Ukrayna əsilli operator Qalina Hatçins ölüb, rejissor Coel Souza isə ağır yaralanıb.
Mənbə: NBC News
Mövzuya aid xəbərlər
- Alek Bolduin faciədən sonrakı həyatı haqqında danışdı - VİDEO
- Çəkiliş zamanı güllələnmiş operatorun atası: “Bolduin məsuliyyət daşıyır” - FOTO
- Kinooperatoru öldürən Alek Bolduin: “Mən heç vaxt tapançanın tətiyini çəkməzdim” - VİDEO
- “Pas” filmi ilə bağlı Bolduinə qarşı daha bir iddia: Həmin gün atəş səhnəsi yox idi - FOTO
- Alek Bolduin çəkiliş zamanı operatoru güllələməsindən danışdı – YENİLƏNİB + FOTO/VİDEO
Rəylər