“CinemaPlus Khamsa” premium kinoteatrında “Səviyyəli oğlanlar” kriminal komediya filmini izləmək üçün endirim aksiyası keçiriləcək.
Kinoteatrdan Oxu.Az-a verilən xəbərə görə, 29 iyunda saat 18:00-dan öncə nümayiş olunacaq seanslara biletin qiyməti 4 manat (bura popkorn və spirtsiz içki də daxildir), 18:00-dan sonra 6 manat (popkorn və spirtsiz içki daxil olmaqla) təşkil edəcək.
Qeyd edək ki, adıçəkilən filmin rejissoru Şeyn Blekdir. Baş rolladra Rayan Qoslinq, Rassel Krou, Kim Besinqer, Enqauri Rays və Mett Bommer çəkiliblər.
Xatırladaq ki, ötən ay Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə “CinemaPlus Khamsa” kinoteatrının açılışı keçirilib. Kinoteatr Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.
Dolğun məlumat əldə etmək məqsədilə İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.
https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus
Aytən Sadıqzadə
www.oxu.az