Azərbaycanın premium kinoteatrı “CinemaPlus” yaz tətili və Novruz bayramı ilə əlaqədar yaranan istirahət günlərini nəzərə alaraq xüsusi bayram repertuarı tərtib edib. Repertuarın böyük hissəsi xüsusi ilə uşaqlar və valideynlər üçün maraqlı olacaq: “Ay bayrağı” və “Norm və Yenilməzlər” cizgi filmlərinə ayrılıb.
Oxu.Az xəbər verir ki, “Ay bayrağı” cizgi filmində 12 yaşlı Mayk öz dostları ilə birgə kinli milyarder Karsonun Ayı zəbt etməsindən xilas etməyə çalışırlar.
“Norm və Yenilməzlər” düz meqapolisin daş cəngərliklərinə yola düşürlər. Onların cazibəsi, cəsarəti, zarafatları və rəqsləri - ən əsasda hərarətli “Arktik Şeyk” rəqsi – şəhərlilərin ürəyini alacaq. Lakin qələbə üçün sadəcə ulduz olmaq kifayət deyil. Qarşıda - əsl sınaqlar və macəralar qasırğası gözləyir.
Əziz valideynlər, uşaqlarınızı yaz tətillərində sevindirməyə tələsin.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd edək ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.