Premium kinoteatr “CinemaPlus” 28 Mall ilk dəfə olaraq Azərbaycanda son ayların ən çox gözlənilən “Yalan illuziyası 2” filminin qapalı premyera öncəsi nümayişini dünya premyerasından 3 gün əvvəl keçirəcək.
Oxu.Az xəbər verir ki, filmin rejissoru Con M. Cudur. Filmdə baş rolları Deniel Redkliff, Mark Rufallo, Lizzi Kaplan, Morqan Friman, Maykl Keyn və başqaları oynayıb.
Qısa olaraq film haqqında: “Dörd atlı”, dünyanın ən yaxşı illuziyaçılar komandası yenidən toplaşıblar. Onların “magiyası” daha müasir, düşmənləri isə təhlükəlidir. Bu dəfə onlar öz şöhrətlərini qorumalı və qəddar texnomaqnatı ifşa etməlidirlər...
Tədbirdə qonaqları furşet və filmin ssenarisinə uyğun sürprizlər gözləyir. Tədbirə iri şirkətlərin sahibləri, şou biznes ulduzları, məşhur jurnalistlər və bloqqerlər dəvət olunub. Tədbir iyun ayının 6-da saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə, Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində “CinemaPlus” kinoteatrının açılışı keçirilib.
“CinemaPlus” 28 Mall, Azadlıq prospekti 45 ünvanında, “28 Mall” Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.
https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus