“CinemaPlus” 28 Mall premium kinoteatrlar şəbəkəsi “Səviyyəli oğlanlar” kriminal komediya filminə endirim aksiyası keçirəcək.
Kinoteatrdan Oxu.Az-a verilən xəbərə görə, 22 iyunda baş tutacaq günorta seanslarına biletin qiyməti 5 manat əvəzinə, 3 manat, axşam seanslarına isə 7 manat əvəzinə, 5 manat olacaq.
Filmin rejissoru Şeyn Blekdir. Baş rollarda Rayan Qoslinq, Rassel Krou, Kim Besinqer, Enqauri Rays və Mett Bommer çəkiliblər.
Filmin qısa məzmunu isə belədir: muzdlu mühafizəçi Cekson Hili və şəxsi xəfiyyə Holland Març əsrin cinayətinə çevrilmiş itmiş qız haqqında cinayət işini açmaq üçün məcburən birlikdə işləməlidirlər. Hər birinin öz fərdi üsulu olduğu halda, görəsən, onlar çətin rebusu həll edə biləcəklərmi?
Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.
https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus
Aytən Sadıqzadəwww.oxu.az