Azərbaycanın premium kinoteatrı “CinemaPlus” Warner Brothers studiyasının istehsalı olan ən gözlənilən fantastik “Betmen Supermenə qarşı: Ədalət çağında” filminin nümayişinə başlayıb.
Heç kəs fikirləşə bilməzdi ki, zəif və günahsızların müdafiəçiləri ölümcül döyüşmədə üz-üzə gələcəklər. Heyranlıq gətirən qəhrəmanlar qəfildən düşmən olublar.
Oxu.Az xəbər verir ki, Filmin rejissoru Zak Snayeder təsdiqləyib ki, filmin süjeti Frenk Millerin “Qara cəngavərin qayıdışı” komikslərinin seriyasına əsaslanıb. Cani kimi çıxış edənlər biri tanınmış Leks Lüterdi, hansının ki, rolunu Cessi Ayzenberq oynayıb. Supermen rolunda Henri Kavill çıxış edib, Betmeni isə ekranda Ben Afflek əks etdirib. Möcüzə - qadın Qal Qadot olub, Akvamen isə - Ceyson Momoa.
Super qəhrəmanın hərəkətlərinin nəzarətsiz qalacağından qorxan Qotem Sitinin keşikçisi, müasir dövrün ən çox hörmət bəslənən, Metropolisin xilaskarına çağırış edir, haçan ki, bütün dünya əslində hansı qəhrəmanın onlara lazım olduğunu qərarı verir. Və hələki Betmen və Supermen bir-biriləri ilə müharibə vəziyyətində olduqları vaxt, bəşəriyyətin indiyədək qarşılaşmadığı bir təhlükə yaranır. Dəmirdən olan adam Qara cəngavər ilə qarşılaşacaq.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.