Hər zaman maraqlı layihələri və yenilikləri ilə kinosevərləri sevindirən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” növbəti maraqlı layihəsini hazırlayır.
Oxu.Az xəbər verir ki, iyul ayının 10-da “28 Cinema” kinoteatrı tərəfindən ANS telekanalının dəstəyi, 1new.az və layihənin əsas sponsoru HTC şirkətinin sponsorluğu ilə ilk dəfə olaraq Hollivud istehsalı olan cizgi filmi Azərbaycan dilinə dublyaj olunacaq və kinoteatrda göstəriləcək.
Dublyaj olunacaq “Oz ölkəsinin əfsanəsi: Zümrüd şəhərinə qayıdış” cizgi filminin qəhrəmanlarını şoumen Murad Dadaşov və əməkdar artist Tünzalə Ağayeva səsləndirəcək.
Azərbaycanlı ulduzların cizgi filmində hansı qəhrəmanları səsləndirəcəkləri isə tezliklə təqdim olunacaq.
Doroti ölkə sakinlərini bəladan qurtarmaq üçün yenidən sehirli tərzdə Oz ölkəsinə keçir. Lakin köhnə dostları – Qorxunc, Dəmir Odunçu və Mərd Şir itiblər. Öz dostlarını axtarmaq üçün şəhəri səyahət edən Doroti yeni yol yoldaşları – Kapitan Zefir, Farfor Prinses və yapalaq Savva ilə tanış olur. Doroti, Oz şəhərini qara sehir ilə ələ keçirmək istəyən yeni cani təlxək Cestera qalib gəlmək üçün bu müxtəlif qəhrəmanlara birləşməyə kömək etməlidir.
Cizgi filminin treyleri
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.