“A Song of Ice and Fire” (“Buz və alovun mahnısı”) roman seriyasının müəllifi Corc Martin hələ də epik fantaziyanın növbəti hissəsi üzərində işlədiyini bildirib.
Bu barədə “Deadline” xəbər verib.
Yazıçı HBO-nun əsər əsasında çəkdiyi “Game of Thrones”un (“Taxt-tac oyunları”) sonunun onun üçün də gözlənilməz olduğunu etiraf edib.
O bildirib ki, çəkilişlərə başlayanda dörd kitabı çap olunmuşdu, beşincisi isə serial efirə verildiyi 2011-ci ildə dərc olunub.
“Heç vaxt mənə çatacaqlarını düşünməzdim, amma bu baş verdi və hətta daha da irəli keçdilər”, - deyə o, bildirib.
Serial müddətində Martin ancaq bir cild kitab çıxara bilib. Serialın sonu NBO-nun düşündüyü kimi çıxdıqda isə serialın pərəstişkarları narazılıq etdilər və Martini kitab yazmaqda çox ləng tərpənməkdə günahlandırdılar.
“Beləliklə, hələ də kitab üzərində işləyirəm və hekayənin sonunu yalnız çap olunanda biləcəksiniz”, - deyə o, əsərin pərəstişkarlarına xəbər verib.