Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
Prezident İlham Əliyevin 22 iyul 2024-cü il tarixli sərəncamı ilə Özbəkistanın tanınmış estrada müğənnisi, bəstəkar, aktyor Fərrux Zakirov "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülüb. Bu il avqustun 6-da isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu "Özbəkistan Respublikasının Xalq artisti" fəxri adı ilə təltif edilib.
Mədəniyyət Nazirliyindən Oxu.Az-a bildirilib ki, avqustun 22-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddəki Forumlar Sarayında hər iki sənətkara fəxri adların təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki qardaş ölkənin tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli Fərrux Zakirovun təltif edilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamını oxuyub.
Özbəkistan Prezidenti Administrasiyasının nümayəndəsi isə Polad Bülbüloğlunun təltif olunması haqqında Prezident Şavkat Mirziyoyevin Sərəncamını diqqətə çatdırıb.
Sonra fəxri adların nişan və vəsiqələri sahiblərinə təqdim olunub.
Mükafatlandırılan sənətçilər çıxış edərək yaradıcılıqlarına verilən yüksək qiymətə görə qardaş ölkələrin rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik"
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Şahbaz Şərif: "Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub"
- Azərbaycan Prezidenti: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir"