Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Deputat: Mənə deyildi ki, yubiley keçiriləcək
Xalq artisti mərhum Elza İbrahimovanın 80 illik yubileyi ilə bağlı yaranmış problem öz həllini tapmaq üzrədir.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin E. İbrahimovanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2017-ci ilin dekabrında sərəncam imzalamasına və bunun üstündən bir il keçməsinə baxmayaraq, hələ də görkəmli bəstəkarın yubiley tədbiri keçirilməyib, sərəncamdan irəli gələn digər məsələlər yerinə yetirilməyib.
Onu da qeyd edək ki, bu məsələni büdcə müzakirələrində (həm komitə, həm plenar iclasda) məhz millət vəkili M. İbrahimqızı qaldırmış və aidiyyəti qurumlardan məlum sərəncamdan irəli gələn məsələlərin həllini xahiş etmişdi.
M. İbrahimqızı həmin məsələni qaldırdıqdan sonra zəng gəldiyini və ona tanınmış bəstəkarın 80 illik yubileyi ilə bağlı tədbirlərin keçiriləcəyi barədə məlumat verildiyini söyləyib:
“Mənə belə deyildi. İlin başa çatmasına hələ vaxt var və inanıram ki, bu müddətdə Elza İbrahimovanın yubiley tədbiri keçiriləcək”, - deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az