“Qaya” ləqəbi ilə tanınan amerikalı aktyor və restler Dueyn Conson ailəlikcə koronavirusa yoluxub.
Lenta.ru-nun məlumatına görə, bu barədə o “Instagram” hesabından paylaşım edib.
“Həyat yoldaşım Lorendə, iki qızımda və məndə COVID-19 testinin nəticələri müsbət çıxıb”, - deyə aktyor bildirib.
Bununla belə aktyor pərəstişkarlarını narahat olmamağa çağıraraq, artıq özünün və bütün ailə üzvlərinin sağaldığını vurğulayıb.
Hollivud ulduzunun sözlərinə görə, bu hadisə onun və ailəsinin keçdiyi ən ağır sınaqlardan biri olub.
“Qaya” həmçinin izləyicilərini koronavirus infeksiyasından qorunmaq üçün intizamlı olmağa, immuniteti möhkəmləndirməyə, maska taxmağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.