Oktyabrın 28-də Heydər Əliyev Sarayında, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə növbəti caz konserti baş tutub.
Oxu.Az xəbər verir ki, “Bakı Beynəlxalq Caz Festivalı – 2014” çərçivəsində sarayın səhnəsində dünya şöhrətli cazmen, peşəkar musiqiçi və bəstəkar Stenli Klarkın qrupunun konserti keçirilib. Dörd dəfə “Grammy” mükafatını əldə etmiş dünyanın ən məşhur akustik və elektron bas gitaraçısı, ifaçı, bəstəkar, dirijor, aranjimançı, prodüser Stenli Klark və qrupunun təqdim etdiyi caz kompozisiyaları alqışlarla qarşılanıb.
Aytən Sadıqzadə