İspaniya polisi ekspressionist rəssam Frensis Bekonun oğurlanmış 5 əsərindən üçünü tapıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, əsərlər 2015-ci ildə Madrid şəhərindəki fərdi evlərdən birindən oğurlanmışdı. Lakin yalnız bir il sonra bundan xəbər tutulub. Əsərlərin qiyməti 30 milyon avro təşkil edir.
A.S.
www.oxu.az