May ayının 6-da Heydər Əliyev Mərkəzində dünya şöhrətli heykəltəraş Lorens Cenkellin fərdi sərgisinin açılışı olacaq. Sərgi oktyabrın 31-dək davam edəcək.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, Lorens Cenkell 1965-ci ildə Fransanın Burj şəhərində anadan olub. O, müxtəlif incəsənət texnikalarını (akvarel, yağ, akril və s.) öyrənmək üçün kurslar keçib, uzun araşdırmalardan sonra isə konfet Cenkellin sevimli əşyasına çevrilib və həmin vaxtda o, şirniyyatlar yaradır. Rəsm, daxiletmə və heykəltəraşlıq Lorens sənətinin əsas cəhətləridir.
O, Fransız Rivyerasındakı studiyasında moda, dizayn və müasir istehlakçı cəmiyyətinin tendensiyalarından ilhamlanaraq, qeyri-adi əsərlər yaradır. Məhz burada rəssam “sarıma” adlanan prosesi inkişaf etdirib.
Lorensin yaradıcılıq istedadı və kreativ düşüncəsi alüminium, mis, mərmər kimi materialları öyrənməyə gətirib çıxarıb. Ekspert tənqidçilər onun konfet heykəllərinin özündə Pop Art və Yeni Realizm kodlarını daşıdığını bildirirlər. Onun əsərlərinin unikallığı dövlət rəmzlərini özündə əks etdirməsidir.
Cenkell dəfələrlə Fransa, Hollandiya, İsveçrə, Belçika, BƏƏ, Türkiyə kimi ölkələrdə əl işlərini sərgiləyib. Onun son ekspozisiyası Parisdə Plaza Athenee Courtyard Garden-da baş tutub.