“Journal of Language and Literature” adlı jurnalda “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” (“Husein Javid and The Writers Union of Azerbaijan”) adlı məqalə çap olunub.
Oxu.Az xəbər verir ki, Hüseyn Cavidin Ev Muzeyindən APA-ya verilən məlumata görə, məqalənin müəllifi ABŞ-ın Massaçusets Amherst Universitetinin professoru Odri Altstadtdır.
O.Altstadt uzun müddətdir H.Cavid yaradıcılığının tədqiqi ilə məşğuldur.
Qeyd edək ki, O.Altstadt 2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyinin H.Cavidin 130 illik yubileyi münasibətilə keçirdiyi “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə ilə çıxış edib.