Əldə etdiyimiz məlumata görə, uzun illərdir Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov növbəti dəfə ailə həyatı qurur və azərbaycanlılara məxsus restoranların birində nikah yeməyi təşkil edib.
Oxu.Az xəbər verir ki, Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 -1982).
Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb (1986-1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. “Balaban metodu” kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.
Aytən Sadıqzadə
www.oxu.az