Azərbaycanda qayınana öz gəlininin Facebook hesabını sındırıb.
Oxu.Az Femida.az-a istinadən xəbər verir ki, qayınana gəlinin Facebook-dakı yazışmalarını boşanma iddiası üzrə məhkəmədə səbəb kimi göstərib.
Belə ki, gəlin xaricdə bir kişi ilə danışırmış.
Maraqlıdır ki, məhkəmədə boşanma iddiası verən tərəfin – ərin hüquqlarını da məhz qayınana təmsil edir. İşə Bakının rayon məhkəmələrindən birində baxılır.