Zuli Sangino əllərinin olmamasına baxmayaraq, çəkdiyi rəsmlərlə izləyicilərini heyrətləndirə bilir.
Oxu.Az xəbər verir ki, anadangəlmə tetra amelia sindromundan (əllərin və ayaqların olmaması) əziyyət çəkən Zuli 15 yaşında uğursuz intihar cəhdi edəndən sonra özünü incəsənətə bağlayıb.
18 yaşı olarkən o artıq rəsm kollecində təhsil almağa başlayıb və əllərinin köməyi olmadan da rəsm çəkməyi öyrənib.
Gənc qız öz həyat hekayəsi barədə mütəmadi olaraq radiolara və televiziyalara müsahibə verir və onun kimi olan insanların motivasiyadan düşməməsi üçün onları ruhlandırmağa çalışır.
İsmayıl Nur