Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əməkdar artist əməliyyat olundu: “Bir neçə ay səhnədən uzaq qalacağam” - FOTO
Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Ələkbər Əliyevin səhhətində problemlər yaranıb.
Yenicag.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən sənətçi bu gün əməliyyat olunub.
Aktyor bel yırtığından əməliyyat olunduğunu bildirib:
“Əməliyyat bu gün baş tutdu, çox şükür uğurla keçdi, indi yaxşıyam. Bel yırtığından əziyyət çəkirdim. İmplant qoymadılar, amma həkimlər deyirlər ki, mütləq özümü qorumalıyam.
Həkimlərin göstərişinə görə, bir neçə ay səhnədən uzaq qalacağam”.
Ən çox oxunanlar
Rəylər