Musiqili Teatrın aktrisası Xanım Qafarovanın səhhəti pisləşib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, o, müalicəsini ev şəraitində davam etdirdiyini, lakin bir neçə saat sonra xəstəxanaya gedəcəyini söyləyib:
“Səhhətim yenidən pisləşib. İndi həkimlər gəlib. Mənə qan köçürürlər. Qan köçürüldükdən sonra Milli Onkoloji Mərkəzə gedəcəm. Orada müayinə və müalicə olunacam. Allahın köməyi ilə hər şey yaxşı olar”.
Qeyd edək ki, X.Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib.