Aprelin 10-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda əməkdar rəssam Odtəkin Ağababayevin 85 illiyi münasibətilə fərdi sərgisi açılacaq.
Oxu.Az AzərTac-a istinadla xəbər verir ki, sərgidə O.Ağababayevin milli rəsm sənətimizə bəxş etdiyi dəyərli sənət nümunələrindən söz açılacaq və rəssamın müxtəlif janrlarda əsərləri sərgilənəcək.