Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzlərində, muzeylərdə və qoruqlarda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Açıq qapı” günü elan edilib.
Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, həmin gün, yəni aprelin 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Gənc turist” klublarının üzvləri üçün Sankt-Peterburqdakı dünya şöhrətli “Ermitaj” muzeyinə virtual ekskursiya təşkil ediləcək.