Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ennio Morricone Bakıdadır
Məşhur italiyalı bəstəkar və dirijor Ennio Morriconenin Bakıya gələcəyi barədə sizə məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, canlı əfsanə bu gün yerli media işçilərini başına toplayıb mətbuat konfransı keçirib.
“Mən dünyanın ən gözəl şəhərlərindən sayılan Bakıda çıxış etmək şərəfinə nail olduğuma görə xoşbəxtəm. Konsertdən zövq alarsınızsa, çox şad olaram və ümidvaram ki, konsert zamanı sizin sevginizi hiss edəcəyəm”.
Bu sözləri görkəmli bəstəkar və dirijor Ennio Morricone görüş zamanı bildirib.
“Buta” İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Fuad Hətəmov, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri, professor Fərəh Əliyeva, “Fireland Vineyards” şirkətinin direktoru Elmar Səidov, “Nar Mobile” şirkətinin baş direktoru Kent Maknili paytaxtımızda baş tutacaq konsert haqqında məlumat veriblər. Fərəh Əliyeva Morriconenin Bakıda konsert proqramı ilə çıxış etməsini Azərbaycanın mədəni həyatı üçün əlamətdar hadisə olduğunu qeyd edib.
Konsert “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “Fireland Vineyards” və “Nar Mobile” şirkətlərinin sponsorluğu ilə baş tutacaq.
Azərbaycanın bir neçə musiqiçiləri görkəmli bəstəkar və dirijor Ennio Morricone ilə eyni səhnəni bölüşəcəklər.
“Oskar” mükafatı laureatı və dəfələrlə bu ada namizəd, dördqat “Qızıl qlobus” və “Qızıl şir” mükafatlarının laureatı, Venesiya film festivalının qalibi maestro Ennio Morricone Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Azərbaycan Xor Kapellası ilə birlikdə möhtəşəm konsert verəcək. Heydər Əliyev Sarayının səhnəsinə maestro ilə birlikdə 200-dən çox musiqiçi çıxacaq.
Ennio Morricone İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya və ABŞ-da çəkilmiş 400-dən çox kino və seriala musiqi bəstələyib. Onlardan “Bir dəfə Amerikada”, “Professional”, “Yaxşı, pis və qəddar”, “Bir dəfə vəhşi Qərbdə”, “Malena”, “Dekameron”, “Lolita”, “Kill Bill” və digər filmlər dünya kinematoqrafiyasının şedevrlərinə çevrilib.
Görkəmli bəstəkar və dirijor yanvar ayının 25-i Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
"Almaniya" teqi üzrə xəbərlər
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır