Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ƏSA dövlət teatrı statusu ala bilər
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli ƏSA teatrına dövlət teatrı statusu verilməsini təklif edib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda bildirib.
Ə.Əmirlinin sözlərinə görə, ƏSA teatrı Azərbaycanda fəaliyyət göstərən yeganə inklüziv teatrdır:
“Bu səbəbdən ƏSA-ya dövlət teatrı statusu verilsin”.
İlhamə Əbülfət
Ən çox oxunanlar