Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının dəstəyi ilə Heydər Əliyev Sarayında Estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək.
Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, konsertdə əməkdar artist Xəyyam Mustafazadə və tanınmış müğənnilər Samirə Allahverdi, Aynur İsgəndərli, İlhamə Qasımova və Mədinə Kazımova iştirak edəcəklər. Orkestrin dirijoru Azər Allaverdiyev, bədii rəhbəri Salman Qəmbərovdur.
Dekabrın 16-da saat 19:00-da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.
Aytən Sadıqzadə