Xəbər verdiyimiz kimi Azərbaycanın xalq artisti, kaman ustası Habil Əliyev komaya düşüb.
Oxu.Az-a xalq artistinin ailəsindən verilən ən son məlumata görə, o hələ komadan ayılmayıb. Ev şəraitində həkim nəzarəti altındadır. Səhhətində heç bir irəliləyiş yoxdur.
Qeyd edək ki, H.Əliyev ürək və ağciyər çatışmazlığından əziyyət çəkir.
Aytən Sadıqzadə
www.oxu.az