Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən film gələn il təhvil veriləcək
“Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filmi gələn il təhvil veriləcək”.
“Report” xəbər verir ki, bunu Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev Azərbaycan III “Korkut Ata” Film Festivalı ilə əlaqədar keçirilən Zirvə görüşündə deyib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən çoxseriyalı filmin 120 çəkiliş gününün artıq 85-i yekunlaşıb:
“Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Hər seriya bir saat davam edəcək”.
O.Əliyev həmçinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə ekranlaşdırılan “Hadrut, sən azadsan” filminin çəkilişləri də artıq yekunlaşıb və gələn ay təhvil veriləcək.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Rasim Balayev: "Proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur"
- Adil Kərimli: "İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqət artır"
- Mədəniyyət Nazirliyi tərəfindən xaricdə təhsil üzrə 20 təqaüd proqramı təqdim edilib
- Rəşad Əzizov: "Film sahəsində 10 milyonlardan söhbət gedirsə, biz də bu rəqəmlərə uyğunlaşmalıyıq"
- Günay Rəhimova: "Dublyaj sənayesi ilə bağlı hazırda qanunvericilik layihəsi üzərində işləyirik"