Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stresdən dünyasını dəyişdi - FOTO
Kulis.az 53 yaşında dünyasını dəyişən müğənni Reyhan Müslümova haqqında 10 maraqlı fakt əldə edib.
Oxu.Az həmin araşdırmanı təqdim edir:
Valideynləri həkim olduğundan qızlarını da həmin sahəyə yönləndirmək istəsələr də, Reyhan xanım sonunda müğənni olmağa qərar verib.
Dövrünün ən yaxşı bəstəkarları ilə işləyən müğənni 18 yaşındaykən Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” filmində Cahandar ağanın qızı Salatın rolunu canlandırıb.
O, müğənnilik karyerasında ilk addımlarını “Lalə” qızlar ansamblında atıb. Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Yaqut Babayeva ilə birgə səhnəyə qədəm qoyan müğənni həmkarı Yaqut Babayeva ilə uzun illər küsülü olub.
Müğənni Xəyyam Nisanovun atası ilə Reyhan Müslümova yaxın dost olublar. Xəyyamın 11 yaşı olanda valideynləri avtomobil qəzasına düşüblər. Bu qəzada Xəyyamın atası dünyasını dəyişib. Bir müddət nağara aləti üzrə təhsil alan Xəyyam Reyhan xanımla tanış olur. Onun sözlərinə görə, müğənnilik karyerasına başlamasında Reyhan Müslümovanın ona həm müəllim, həm də insan kimi çox köməyi dəyib.
Reyhan Müslümova müğənni Murad Sadıqın bacısının qayınanası olub. Reyhan xanımın yaxın qohumlarından bir oğlu, bir qızı, iki doğma qardaşı və iki doğma bacısı var.
Çoxları elə bilirlər ki, Reyhan xanım əməliyyat zamanı komaya düşüb. Lakin ailə üzvlərinin verdiyi məlumata görə, həkim müğənninin mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Ən qəribəsi, xəstəxanadan verilən ölüm kağızında Reyhan Müslümovanın guya yanıq xəsarətlərindən öldüyü qeyd olunub. Beləliklə, artıq çəkidən azad olmaq istəyən müğənni 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən zaman 53 yaşında həyatını itirib.
Əməliyyata gedəcəyini oğlu və qızından başqa, kimsə bilməyib.
Reyhan xanımın əməliyyatının yeganə şahidi olan həkim Ziyad Əsədov müğənninin ailəsi ilə bağlı maraqlı faktlar açıqlayarkən deyib ki, Reyhan xanım həyat yoldaşından on il əvvəl ayrılsa da, keçmiş əri xanımını itirəndən sonra onun ölümünə görə etirazını bildirib. Lakin ailə üzvlərinin məlumatına görə, Reyhan xanım həyat yoldaşından rəsmi olaraq boşanmayıb.
Onu əməliyyat edən cərrah Məhəmməd Xəlilov törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır. O, Reyhan Müslümovanın ölümündən sonra çox böyük stres və əsəb keçirir. Bir il sonra o da dünyasını dəyişir.
2004-cü ildə oğlu tərəfindən “Mən həyatda olmayanda” adlı musiqili diski və konsertlərdə, telekanallarda etdiyi çıxışların hamısını DVD formatında arxivləşdirilib.
"Nisə Qasımova" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Oğlu ilə eyni gündə fəxri ad alan Xalq artisti: "Bəyəm bilmirlər ki, belə bir ansambl olub?"
- Ruha və qəlbə toxunan mahnılar: İllər keçsə də, sevilən bəstəkarın ahəngi qulaqlardan silinmir
- Xalq artisti Nisə Qasımovanın doğum günüdür - VİDEO
- Sibel Can bəstəkarımızın mahnısını oğurladı: Ailəsi müğənnidən təzminat alacaq? - VİDEO
Rəylər