Oxu.Az-ın “KinoSınaq” layihəsinin növbəti aktyoru Dj Tural Yusifov oldu.
“Avtostop” verilişi ilə tamaşaçıların, xüsusilə də sürücülər və piyadaların sevimlisinə çevrilən istedadlı Dj “Azərbaycanfilm” istehsalı olan “Bəyin oğurlanması” filmindəki əsas obrazlardan birini canlandırdı.
Radio və TV aparıcısı mərhum aktyor və rejissor Həsənağa Turabovun adıçəkilən filmdəki “Əsəd” obrazını yaratdı. Əsəd kəndə toy səhnəsini lentə almağa gələn rejissor obrazıdır.
Film: “Bəyin oğurlanması”.
Rejissor: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.
Ssenari müəllifi: Mövlud Süleymanlı.
Operator: Ələsgər Ələkbərov (II), Rəşid Nağıyev.
Bəstəkar: Emin Sabitoğlu.
Rollarda: Həsənağa Turabov (Əsəd), Səyavuş Aslan (Mustafa), Hacı İsmayılov (Tağı), Nəsibə Zeynalova (Nəsibə xala), Yaşar Nuri (İsrafil), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar), Şamil Süleymanov (Həsən).
Janr: Komediya, musiqili, məhəbbət.
Vaxt: 74 dəq.
İl: 1986.
Film haqqında bir neçə həqiqətləri nəzərinizə çatdırırıq:
Filmdəki yağış həqiqidir.
Filmin sonuna yaxın toy səhnəsində aktyor Muxtar Maniyev aktyor Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Bu rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın.
Pirotexnik obrazının ifaçısı aktyor Ələsgər Məmmədoğlu həqiqətən stuldan yıxılır. Digər aktyor yoldaşları onunla zarafat etmişdilər.
Filmin əvvəllərində partlayış səhnəsində Hacı İsmayılov həqiqətən ikinci mərtəbədən yıxılır.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az