107.7 “AvtoFM” radiosu daima dinləyicilərini sevindirir. Bu dəfə isə sevinən əməkdaşlar oldu.
Belə ki, efir məkanına yeni daxil olan 107.7 “AvtoFM” radiosunun bütün əməkdaşları Qarant Sığorta şirkəti tərəfindən könüllü tibbi sığorta növü üzrə sığortalanıblar.
Tibbi sığorta proqramına 24 saat ərzində həftədə 7 gün təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, akkreditasiyalı tibbi mərkəzlərdə ambulator-poliklinika xidmətləri, stasionar müalicə, stomatoloji xidmətlər, firma resept blankı olduqda dərman təchizatı, stasionar müalicədən sonra reabilitasiya tədbirləri, şirkətin əməkdaşlarının profilaktik məqsədlə müayinəsi, tibbi sığorta proqramına ailə üzvlərinin qoşulması daxildir.
Tibbi sığorta təminatının müddəti bir ildir.
107.7 “AvtoFM” radiosunun kollektivi Qarant Sığorta şirkətinə onlara təhlükədən uzaq olmaq imkanı yaratdıqları üçün minnətdarlığını bildirir.