Azərbaycanın tanınmış muğam ustası Alim Qasımov Tehranda konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, konsertin təşkilatçısı Məhəbbət Talıbov bildirib ki, konsert mayın 13-də Tehranın Milad sarayında baş tutacaq:
“Konsertin İran tərəfdən təşkilatçısı təbrizli şair Xosrov Sərtpidir. Adətən İranda konsertlərin təşkilatçısı o olub. Alim müəllimin hansı mahnıları ifa edəcəyi hələ dəqiqləşməyib. İranda qadın müğənnilərin oxuması yasaq olduğuna görə Fərqanə xanım konsertə getməyəcək”.