Heydər Əliyev Sarayının təşkilatçılığı ilə oktyabrın 7-də “Muğam qanadlarında” adlı konsert proqramı keçiriləcək.
Oxu.Az xəbər verir ki, konsertdə Respublikanın xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə və özünəməxsus ifa üslubu olan, Respublika və Beynəlxalq muğam müsabiqələrində ölkəmizi layiqincə təmsil edən gənc və istedadlı xanəndələr Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, Arzu Əliyeva, İlkin Əhmədov, Səbuhi İbayev, Aytən Məhərrəmova, Rəvanə Ərəbova, Elnur Zeynalov və Gülay Qədirova da iştirak edəcəklər.
Qeyd edək ki, saat 19:00-da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb.
Aytən Sadıqzadə