Ötən gün Heydər Əliyev Sarayında “Muğam qanadlarında” adlı konsert keçirilib.
Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, konsert proqramında xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, Respublika və beynəlxalq muğam müsabiqələrinin laureatları, istedadlı muğam ifaçılarımız Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, İlkin Əhmədov, Səbuhi İbayev, Aytən Məhərrəmova, Elnur Zeynalov və Gülay Qədirova iştirak ediblər.
Xanəndələrin ifasında “Mahur”, “Şüştər”, “Şahnaz”, “Seygah”, “Cahargah”, “Dilkəş”, “Qatar”, “Bayatı-Şiraz”, “Şahnaz” təsnif və muğamları konsertə gələn tamaşaçıların böyük marağına səbəb olub.
Ənənəvi olaraq konsertə “Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti” və “Beynəlxalq Əlillər Cəmiyyəti”ndən olan əlillər, onların ailə üzvləri, kimsəsiz və əlil uşaqlar dəvət olunub.
Aytən Sadıqzadə