İranda tələbələrin olduğu avtobus qəzaya uğrayıb.
Oxu.Az IRNA agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfər ölüb, 26 nəfər yaralanıb.
Məlumatlara görə, hadisə Tehrandakı Azad İslam Universitetinin elmi-təhqiqat bölməsinin ərazisində baş verib. Qəza zamanı avtobus beton dirəyə çırpılıb.
Faktla bağlı araşdırmalar aparılır. Qəzanın səbəbləri məlum deyil.