Xalq yazıçısı Fəxri Xiyabanda torpağa tapşırılan zaman öz vəsiyyətinə uyğun olaraq məzarı başında saz çalınıb.
Oxu.Az ANS PRESS-ə istinadla xəbər verir ki, bu gün Azərbaycan Milli Dram Teatrının binasında xalq yazıçısı İsa Hüseynovla (Muğanna) vida mərasimi keçirilib. Xalq yazıçısı artıq Fəxri Xiyabanda torpağa tapşırılıb. Mərhumun məzarı üstündə dəfn mərasimi zamanı saz çalınıb. Məlumata görə, yazıçı bunu özü vəsiyyət edib.
Vida mərasimində baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Eldar Quliyev, Nəriman Həsənzadə, millət vəkilləri və sairə tanınmışlar iştirak ediblər.
Qeyd edək ki, İ.Hüseynov aprelin 1-də ürək çatışmazlığından dünyasını dəyişib.